- Baxış sayı: 129
- 08 May 2026 23:17
- Baxış sayı: 155
- May 08, 2026
- 0
Noyabrın 21-də Bakıda FIFA icraedici futbol sammiti keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, tədbirdə ali qurumun prezidenti Canni İnfantino, baş katib Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcəklər.
Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.