- Baxış sayı: 11
- 03 May 2024 10:44
- Baxış sayı: 118
- May 02, 2024
- 0
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev tezliklə UEFA-nın birinci kateqoriyalı hakimləri siyahısına daxil ediləcək. Allsport.az saytı xəbər verir ki, bu həftə qurumun hakimlər komitəsinin iclası keçiriləcək.
Toplantıda 1-ci dərəcəyə namizəd olan hakimlərlə bağlı müzakirələr aparılacaq. Bu sarada həmyerlimizin də adı var. Onun cari mövsüm idarə etdiyi Avropa Liqasındakı və DÇ-2018-in seçmə mərhələsindəki oyunlarda idarəçiliyinə baxılacaq.
Qeyd edək ki, azərbaycanlı hakimin birinci kateqoriyaya daxil edilməsi onun UEFA Çempionlar Liqasının oyunlarını idarə etməsinə şərait yaradacaq.