Filip İvanoviç: İlk qolumu vurduğum üçün şadam

Topaz premyer liqasının 23-cü turu çərçivəsində “Səbail” üzərində qələbə (3:1) “Sabah”ın müdafiəçisi Filip İvanoviç üçün 2-qat sevindirici olub. Allsport.az saytı xəbər verir ki, bu oyunda hesabı bərabərləşdirən serbiyalı futbolçu, həm də Azərbaycanda ilk qolunu vurub. O, açıqlamasında oyun barədə fikrini bölüşüb:

“Çətin qələbə qazandıq. Meydanda əsl xarakter nümayiş etdirdik və sübut etdik ki, bu komandanın böyük bacarığı var. Bu qələbəni klub rəhbərliyinə, məşqçi heyətinə həsr etmək istərdik. Çünki bu qələbənin onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilirik. Həmçinin, bizi daim dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.

Komandada ilk qolumu vurduğuma görə şadam. Sevinirəm ki, bu qol bizim çətin qələbəmizə töhfə verdi. Ancaq bu matç artıq geridə qaldı. İndi diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik”.

Həmin kateqoriyadan