- Baxış sayı: 38
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Afrika millətlər kubokunda finala yüksələn komandalar bəlli olub.
Allsport.az xəbər verir ki, ev sahibi Mərakeş yarımfinal mərhələsində Nigeriya ilə qarşılaşıb. Əsas və əlavə vaxtı qolsuz bərabərliklə (0:0) başa çatan oyunun taleyini penaltilər seriyası həll edib. Burada daha dəqiq olan Mərakeş millisi finala vəsiqə qazanıb.
Mərakeşin finaldakı rəqibi Seneqal olacaq.
Final oyunu yanvarın 18-də keçiriləcək.