- Baxış sayı: 27
- 25 İyun 2026 04:08
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

“Red Bull Four-2 Score Azerbaijan”ın final oyununda “Şirinlər” komandası ilə qarşılaşan “Minions” ölkə finalının qalibi olublar. Allsport.az saytı xəbər verir ki, rəsmi tərəfdaşların Dənizkənarı bulvar idarəsi və AFFA olduğu mini-futbol turnirində 16 komanda iştirak edib.
13,14, 20 aprel tarixlərində seçim mərhələlərindən keçənlər ölkə finalına adlayıblar. Bütün oyunları qələbə ilə başa vuran “Minions” sentyabrda Almaniyanın Leypsiq şəhərində “Red Bull Four-2 Score” dünya finalında iştirak haqqı qazanıb.
Tədbirdə futbol üzrə millinin üzvləri də iştirak ediblər. Tədbirdə aparıcı və ev sahibi rolunda tanınmış aparıcılar Sənan Şəfizadə və Seyran Babayev yer alıblar.