- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Allsport.az xəbər verir ki, İtaliya “Fiorentina”sı öz meydanında konfrans liqasının 2-ci 1/4 final matçında Polşa “Lex”inə 2:3 hesabı ilə uduzub (ilk görüş – 4:1). Bununla da komandanın 14 matçlıq məğlubiyyətsizlik seriyası bitib.
Sonuncu dəfə “Fiorentina” fevralın əvvəlində məğlub olub. Ardınca “Yuventus” İtaliya çempionatının 22-ci turunun matçında bu komandaya minimal hesabla qalib gəlmişdi.
Bütün yarışlarda keçirdiyi son 14 matçda İtaliya komandası 11 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib.