Foden əfsanələrə çatdı

“Mançester Siti” premyer liqanın 31-ci turunun matçında “Aston Villa”nı darmadağın edib.

Allsport.az xəbər verir ki, aprelin 3-də Mançesterdə keçirilən görüş 4:1 hesabı ilə Qvardiolanın komandasının xeyrinə başa çatıb.

Yarımmüdafiəçi Fil Foden qaliblər üçün het-trik edib. 23 yaşlı Foden üçün bu, onun premyer liqada üçüncü het-triki olub. O, həmçinin 2022-ci ilin oktyabrında “Mançester Yunayted”ə və 2024-cü ilin fevralında “Brentford”a qarşı üç dəfə fərqlənib.

Foden hazırda premyer liqanın əfsanələri Kriştianu Ronaldu, Frank Lampard və Didier Droqba ilə eyni sayda het-trikə sahibdir.

Həmin kateqoriyadan