Foqts Azərbaycanı 31 pillə geri salıb getdi

FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı apasport.az-a istinadən xəbər verir ki, oktyabrda baş tutan oyunlardan sonra açıqlanan siyahıda böyük dəyişikliklər olub. Buna səbəb yığmaların iştirakı ilə keçirilən əksər qarşılaşmaların seçmə xarakteri daşımasıdır. Hesabat dövründə 2 oyun keçirən Azərbaycan seçməsinin də mövqeyində ciddi dəyişiklik olub.

AVRO-2016-nın seçmə mərhələsində əvvəl İtaliyaya 1:2, ardınca Xorvatiyaya 0:6 məğlub olan komandanız 111 xal itirib. Bu itki 31 pillə geriləməklə nəticələnib. Komandamız indi sıralamada 126-cı yerdədi. Lüksemburqla şərik olan millimiz Kanadadan da, Livan və Ekvatorial Qvineya kimi yığmalardan da geri qalır.

Ümumiyyətlə, “ay-ulduzlular”ımızın qərarlaşdığı 13-cü “onluq”da futbol ölkəsi sayılmayanların arasında qərarlaşıb. İki Avropa yığmasının əhatəsində 5 Afrika, 2 Asiya, 1 Şimali Amerika təmsilçisi də var.

Həmin kateqoriyadan