Franko Foda: “Matçda ədaləti nəticə 3:3 idi”

İsveçrənin “Sürix” klubu çempionlar liqasının 2-ci ələməsinin ilk oyununda Bakıda “Qarabağ”a 2:3 yenildi. Allsport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda mətbuat konfransında rəqib baş məşqçisi Franko Foda bunu söylədi:

“İlk hissəni “Qarabağ”ın aktivinə yazmalıyıq. 2:0 hesabı da tam qanunauyğun idi. Rəqib bizə çox təzyiq etdi. Biz yalnız 20-ci dəqiqədə özümüzə gəlib bir neçə təhlükəli vəziyyət yarada bildik.
Növbəti yarıda biz taktiki dəyişiklik sayəsində oyunda tarazlıq yarada bildik. Bunun sayəsində qollar vurduq. “Qarabağ”ın qapıçısı xeyli qurtarış etdi. Matçda ədaləti nəticə 3:3 idi”.

Həmin kateqoriyadan