Franko Foda: “Qarabağ” irəlidə 3 futbolçu ilə çıxış edir və çoxlu pressinq edir

İsveçrənin “Sürix” klubu sabah çempionlar liqasının 2-ci ələməsinin ilk oyununda Bakıda “Qarabağ”ın qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, bu gün Tofiq Bəhramov adına respublika stadionunda keçirilən mətbuat konfransında rəqibin baş məşqçisi Franko Foda bunu söyləyib:

““Qarabağ”ı təhlil etmişik. Bakıdakı oyuna da baxmışıq, rəqibi təhlil etmişik. “Qarabağ” irəlidə 3 futbolçu ilə çıxış edir və çoxlu pressinq edir. Kadi Borges, İbrahim Vədci və Abdullah Zubir çox hərəkətlidirlər.

Lakin hər bir komanda kimi onların da problemləri var. Biz müdafiədə sıxlıq yaratmağa və boş zonalardan yararlanmağa çalışacağıq. Əks-hücumlardan fərqlənmək istəyirik”.

Həmin kateqoriyadan