- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“”Lex” və “Qarabağ” keyfiyyətli komandalardır. “Qarabağ” ötən il konfrans liqasının pley-ofuna vəsiqə qazanıb”.
Allsport.az saytı xəbər verir ki, bu sözü çempionlar liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın ehtimal rəqibi, “Sürix”in baş məşqçisi Franko Foda deyib. O, Ağdam klununun Avropada yaxşı təcrübəsinin olduğunu bildirib:
“Onlar artıq beynəlxalq arenada uğurlar qazanan kluba çevrilib. Hər 2 komandanı təhlil edəcəyik, yaxından izləyəcəyik. 3-cü mərhələyə çıxmaq üçün hər şeyi edəcəyik”.
Xatırladaq ki, “Lex” (Polşa) – “Qarabağ” cütünün qalibi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sürix”lə qarşılaşacaq.