- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 116
- Sentyabr 23, 2026
- 0

UEFA, Fransanın “Nant” klubunu cəzalandırıb. Allsport.az saytı xəbər verir ki, buna “sarı-yaşıllar” azarkeşlərinin Avropa liqasının “G” qrupunun 5-ci turunda evdə “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri matçda etdikləri hərəkətlər səbəb olub.
Komanda, “Bojuar” stadionunda ictimai keçid yolları bağlandığı üçün 12 min avro, pirotexniki vasitələrdən istifadəyə görə 30 min avro məbləğində cərimələnib. Bundan başqa, İtaliya “Yuventus”una qarşı pley-off matçında tribunaların qismən bağlanmasına qərar verilib.