- Baxış sayı: 61
- 20 Sentyabr 2026 14:44
- Baxış sayı: 177
- Sentyabr 17, 2026
- 0

“Milan” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, “A” Seriyası nəhəngi “Trua”dan Sankun Diavaranı transfer edib.
“Milan” 20 yaşlı mərkəz müdafiəçisi üçün Fransa klubuna 3 milyon avro ödəyib. Gənc futbolçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Sankun Diavara “Trua”nın yetirməsidir. Fransa U-19 millisinin üzvü 2025/26 mövsümündə liqa 2-də meydana çıxdığı 14 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.