“Frayburq”un baş məşqçisi: Qarşımızda hər il avrokubokda çıxış edən komanda var

“Qarşımızda hər il Avropa və ya çempionlar liqasında çıxış edən və beynəlxalq təcrübəyə malik komanda var. Bu görüşü səbirsizliklə gözləyirəm”. Allsport.az saytı xəbər verir ki, bunu “Frayburq”un baş məşqçisi Kristian Ştrayx mətbuat konfransında deyib.

Almaniya klubu qitə liqasının “G” qrupunun 1-ci turunda “Qarabağ”ı qəbul edəcək. Mütəxəssis bildirib ki, son illər avrokuboklarda sabit çıxış edən komanda ilə oynayacaqları üçün xoşbəxtdir: “Biz Bundesliqa oyunlarına da eyni ciddiyətlə yanaşırıq. Hər 2 liqada inamlı çıxış etmək istəyirik”.

Sentyabrın 8-də “Europe Park” stadionunda görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Həmin kateqoriyadan