“Fulhem”dən növbəti transfer

“Fulhem”dən növbəti transfer

İngiltərənin “Fulhem” klubu Madrid “Real”ının yarımmüdafiəçisi Sezar Palasiosu transfer etdiyini rəsmən açıqlayıb.

Allsport.az xəbər verir ki, 21 yaşlı ispaniyalı futbolçu ilə 2030/31 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Sazişdə müddətin daha bir il uzadılması imkanı da nəzərdə tutulub.

“Fulhem” bu keçid üçün “Real”a 10 milyon avro ödəyəcək.

Razılaşmaya əsasən, Madrid klubu Palasiosun gələcək satışından əldə ediləcək məbləğin 30 faizinə sahib olacaq.

Həmin kateqoriyadan