- Baxış sayı: 50
- 24 İyun 2026 04:55
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

“Qarabağ” çempionlar liqasının pley-ofunda Çex Respublikasında “Viktoriya” klubuna 1:2 yenilib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra baş məşqçisi Qurban Qurbanov bunu deyib:
“Futbolçulardan çox razıyam. Ağır rəqibə qarşı oynayırdıq. Bizim bütün matçlarımız pley-off səviyyəsində idi. Futbolçular çox zəhmət çəkdilər. İlk hissədə üstünlük bizim tərəfimizdə oldu.
2-ci hissədə rəqib cüzi səhvlərimizdən istifadə etdi. Azərbaycan futbolunu daha da tanıtmağa çalışırıq. Futbol səhvlər üzərində qurulub. Rəqibi təbrik edirəm”.
Bakıda ilk görüşdə hesab 0:0 bitdiyindən, Plzen təmsilçisi qrup mərhələsinə adlayıb. “Köhlən atlar” mübarizəni Avropa liqasının qrupunda davam etdirəcək.