“Futbolçular ən yaxşı oyunlarından birini göstərəcəklər”

Allsport.az xəbər verir ki, Avropa liqasının qrup mərhələsinin III turunun sabah keçiriləcək “Bayer” – “Qarabağ” oyunundan öncə baş məşqçimiz Qurban Qurbanov qarşılaşma barədə fikirlərini bildirib:

“Bayer” təkcə nəticələri ilə deyil, baxımlı oyunu ilə də Bundesliqada liderdir. Yaxşı, bacarıqlı futbolçulardan təşkil olunmuş komandadır. Çox istəkli, bacarıqlı, zəngin futbolçu karyerasına malik baş məşqçiləri var ki, öz oyunu, davranışı ilə hamımızın rəğbətini qazanıb. O, futbolçu kimi necə olubsa, məşqçi kimi də ciddi, tələbkardır və futbolçulardan da bunu istəyir. Biz də çalışacağıq ki, çox diqqətli olaq, bu komandaya qarşı çox yaxşı mübarizə aparaq. Oyunçularım buna hazırdırlar. Futbolçular ən yaxşı oyunlarından birini göstərəcəklər”.

Həmin kateqoriyadan