“Futbolçular qələbə üçün yaxşı oyun göstərdilər”

10 martda premyer liqanın 26-cı turunda “Qarabağ” evdə “Zirə”yə 3:1 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov bunu söylədi:

“Futbolçularımı təbrik edirəm. Bəzi oyunçuların tempdən, ritmdən uzaq olmasına görə bir az narahat idim. Bu, meydanda hiss olundu. Futbolçular qələbə üçün yaxşı oyun göstərdilər, istəkli idilər. Bir az boşluqlarımız oldu, rəqibin 3-4 yüz faizlik qol epizodu yarandı. Maraqlı oyun oldu və vacib üç xal qazandıq”.

Həmin kateqoriyadan