“Futbolçulara nəfəs almaq çətin idi”

Polşanın “Rakuv” klubu çempionlar liqasının 2-ci ələməsinin cavab görüşündə Bakı olimpiya stadionunda “Qarabağ” ilə 1:1 heç-heçə etdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçi David Şvarqa bunu dedi:

“Komandamız çox sıx oynadı. Yaxşı müdafiə olunduq, rəqibin təzyiqinə dözdük. Fiziki baxımdan da üstün idik.

İlk yarıda yaxşı oynadıq. Ötən mövsüm “Qarabağ” Polşa çempionuna 5 qol vurmuşdu. Bizdə bu az oldu. Üstəlik, mərhələ adladıq.

Hərçənd asan olmadı. Bakıda hava çox rütubətli idi. Futbolçulara nəfəs almaq çətin idi. Bu səbəbdən onlar 2-ci yarıda tez-tez yerə yıxılırdılar”.

İlk oyunda “Rakuv” evdə Ağdam klubuna 3:2 qalib gəlib.

Həmin kateqoriyadan