“Futbolçularım böyük xarakter göstərdilər”

“Futbolçularım böyük xarakter göstərdilər”

Avropa liqasının 2-ci ələməsində SSKA (Sofiya, Bolqarıstan) – “Qarabağ” arasında cavab oyunundan (0:0, penaltilərlə 5:4) sonra baş məşqçimiz Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis görüş barədə bunu deyib:

“Yaxşı oyun oldu. Güclü komandaya qarşı çıxış etdik. Eyni səviyyədə olan iki kollektiv üz-üzə gəldi. Nəticə də bunu göstərdi. Futbolçularım böyük xarakter göstərdilər. Onların oyuna yanaşmalarından çox razı qaldım.

Artıq qarşıdakı matça hazırlaşacağıq. Əlbəttə ki, 120 dəqiqəlik mübarizə bir az yorucu oldu. Ancaq azarkeşlər üçün maraqlı mübarizə alındı, onlar oyundan həzz aldılar”.

Həmin kateqoriyadan