- Baxış sayı: 11
- 03 May 2024 10:44
- Baxış sayı: 118
- May 02, 2024
- 0
Türkiyə PTT 1-ci Liqasında 12-ci turun görüşləri keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri – Ufuq Budaq, Vaqif Cavadov və Rəhman Hacıyevin çıxış etdiyi “Qaziantep BB” klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Adana Dəmirspor”la qarşılaşıb. Oyun 1:0 hesabıyla futbolçularımızın klubunun xeyrinə başa çatıb.
Ufuk start heyətdə meydana çıxdığı görüşün sonunadək meydanda qalıb. Vaqif isə 80-ci dəqiqədə meydana buraxılıb. Rəhman matçın iştirak ərizəsinə düşməyib. Qeyd edək ki, “Qaziantep BB” 14 xalla 11-ci yerdə gedir.