- Baxış sayı: 60
- 24 İyun 2026 00:51
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

“Qarabağ” Avropa liqasının “H” qrupunun 5-ci turunda Norveçdə “Molde” ilə 2:2 edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra komandamızın baş məşqçisi Qurban Qurbanov nəticəni dəyərləndirib:
“Futbolçularımız ümumi hava şəraitinə və meydana tam uyğunlaşa bilmədilər. Lakin çox vacib 1 xal oldu. Qrupda 1 oyunumuz qaldı. Çalışacağıq ki, Bakıda İsveç “Hakken”i ilə keçirəcəyimiz görüşə daha yaxşı hazırlaşaq.
Bu 1 xalın bizə faydası çox oldu. Amma arxayınlaşmaq olmaz. Bakıda daha ehtiyatlı olmalıyıq. Futbolçularıma təşəkkür edirəm”.