Futbolçularımızın klubları sülhə razılaşdılar

Bu gün Türkiyə PTT 1-ci Liqasında 11-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, hesabat turunda Azərbaycan derbisi baş tuta bilərdi.

Belə ki, Rail Məlikovun çıxış etdiyi “Dənizlispor” öz meydanında Cavid İmamverdiyevli “Elazığspor”la üz-üzə gəlib. Lakin bu görüşdə yalnız İmamverdiyev forma geyib.

Çünki o, əsas heyətdə yer alsa da, Məlikovun adı iştirak ərizəsinə daxil edilməyib. Cavid 90-cı dəqiqədə əvəzlənib. Qarşılaşma isə 1:1 hesabıyla başa çatıb.

Qeyd edək ki, “Dənizlispor” hazırda 12 xalla 11-ci, “Elazığspor” isə 16 xalla 7-cidir.

Həmin kateqoriyadan