- Baxış sayı: 24
- 20 May 2024 10:44
- Baxış sayı: 106
- May 18, 2024
- 0
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 13-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri – Ufuk Budak, Vaqif Cavadov və Rəhman Hacıyevin komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Bucaspor”la qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. Ufuk qarşılaşmanın ilk dəqiqələrindən meydana çıxıb və 90 dəqiqə oynayıb. Ehtiyat oyunçular skamyasında yer alan Vaqif 62-ci dəqiqədən etibarən döyüşə atılıb. Rəhmanın adı isə ümumiyyətlə, matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Qaziantep BB” hazırda 15 xalla 11-ci pillədə yer almaqdadır.