Futbolçumuz “Elazığspor”un məşqinə qatılmadı

Azərbaycan millisinin yarımmüdafiəçisi Cavid İmamverdiyevin çıxış etdiyi “Elazığspor” ötən gündən qış təlim-məşq toplanışına start verib. Allsport.az xəbər verir ki, İmamverdiyev komandanın ilk məşqində iştirak etməyib.

Türkiyə mətbuatının yazdığına görə, futbolçumuz klubdan icazə aldığı üçün məşqə qatılmayıb. Lakin onun nə vaxt komandaya qoşulacağı açıqlanmayıb. Cavidlə birgə icazəli olduğu üçün 7 futbolçu hazırlıq prosesində iştirak etməyib.

Həmin kateqoriyadan