- Baxış sayı: 59
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Berlin “Union”u ilə qarşılaşıb. Görüş Nazarovun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən Nazarov matçı sonadək kənardan izləyib.
Qeyd edək ki, hazırda “Karlsrue” 30 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.