Futbolçumuzun Fransaya buraxılmamasının SƏBƏBİ

Tural Bayramlı oktyabrın 8-də Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb. 

Allsport.az xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan futbolçu bu gün Azərbaycana qayıdır. AFFA-nın köməkliyi ilə Fransanı tərk edib və tranzit olaraq İstanbuldan Bakıya yola düşüb. 

Qeyd edək ki, məsələ ilə bağlı AFFA ölkəmizin Fransadakı səfirliyi ilə birgə araşdırma aparıb və futbolçunun ora buraxılmamasının səbəbi ilkin araşdırmaya görə, ötən mövsüm Latviyada, “Dauqavpils” klubunda çıxış edərkən müvafiq qaydada iş icazəsi almaması ilə bağlıdır.

Həmin kateqoriyadan