“Futbolda hər şey mümkündür”

“Neftçi” konfrans liqasının 2-ci mərhələsinin cavab görüşündə Bakıda Kiprin “Aris” klubuna 3:0 qalib gəlib (ilk oyun – 0:2). Allsport.az saytı xəbər verir ki, oyundan sonra baş məşqçimiz Laurentsiu Regekampf bunu söyləyib:

“Əvvəlcə futbolçularımı təbrik etmək istəyirəm. Rəqibə də təbrik düşür. Hər 2 komanda mükəmməl oyun nümayiş etdirdi. Bu oyunda 3 qol vuraraq qalib gəlib növbəti mərhələyə adladıq. Bizim üçün bu gecə boyu sevinc dolu hisslər olacaq. Bunu qeyd edəcəyik. Sabahdan etibarən işə başlayacağıq.

Növbəti mərhələdə bizi “Rapid” kimi çətin rəqib gözləyir. Futbolda hər şey mümkündür. Oyunçularımla danışdım, onları təbrik etdim. Qələbəni qeyd edəcəyik. Amma sabahdan işimizə başlamalıyıq. Fanatlarımız mükəmməl idi. Bütün oyunçularımızın arxasında dayanmışdılar. Mənim üçün meydandakı 12-ci oyunçu kimi idilər. Onlara təşəkkür edirəm”.

Həmin kateqoriyadan