Futbolumuzun “sədri-əzəmi” U-19 yığması ilə görüşüb

AFFA-nın baş katibi Elxan Məmmədov Mərdəkan qəsəbəsində milli komandaların məşq mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, baş katib komandaya Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb. Komandanın baş məşqçisi Samir Əliyev oyunlara hazırlıq üçün yaradılmış şəraitə görə AFFA rəhbərliyinə təşəkkür edib, seçmə mərhələdə uğurlu çıxış etmək üçün çalışacaqlarını bildirib.

Məşqçilər komitəsinin sədri Vaqif Sadıqov və AFFA-nın texniki direktoru Bernhard Lippert iştirak ediblər. Xatırladaq ki, U-19 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da Norveç, 3 gün sonra Çex Respublikası, ayın 15-də isə San-Marionunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Qrupun oyunları slavyan diyarında keçiriləcək.

Həmin kateqoriyadan