ÖZƏL
Gələcək baş məşqçimiz Azərbaycan – Norveç oyununda!

Berti Foqts Azərbaycan millisindən istefaya göndərilər-göndərilməz AFFA yeni baş məşqçi axtarışına başladı. Qərb və ölkə KİV-lərində «ay-ulduzlular»ımızın sükanı arxasına keçəcək xeyli sanballı mütəxəssisin adı hallandı.

Allsport.az saytının əldə etdiyti məlumata görə, «Boz ev» artıq namizədlərdən birinin üzərində dayınıb. Ad hələ ki, məxfi saxlanılır və yalnız üst qurumda bilinir. 2003-cü ilin sonunda assosiasiyada baş verən köklü dəyişiklikdən sonra, rəhbər şəxslər dünya çempionlarının üzərində dayanıblar. Seçimdə, bunu onların parlaq keçmişi ilə əlaqələndiriblər. İndi də bu istisna olmayıb.

Amma xeyli götür-qoydan sonra AFFA rəhbərliyi yerli mətbuatda olan basqını nəzərə alaraq, elə də şan-şöhrətə meyl etməyərək, komandamızı bu uçurumdan çıxaracaq birinə etimad göstərdiyi bəlli olub. Sızan xəbərə görə, millimizin gələcək baş məşqçisi Azərbaycan – Norveç matçını stadionda canlı izləyənlər arasında olacaq. O da məlumdur ki, bütün vəziyyət barədə İcraiyyə Komitəsinin üzvləri vaxtaşırı bilgiləndirilirlər.

Həmin kateqoriyadan