Gələn mövsüm avroliqada çıxış edəcək klublarımız daha çox qazanacaq

UEFA Avropa liqasının maliyyə xərcləri 60 milyon avro artırılacaq. Allsport.az saytı xəbər verir ki, qurumun icraiyyə komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən iclasında bu barədə qərar qəbul olunub.

Təşkilatın prezidenti Aleksander Çeferinin təklifi ilə qitənin ikinci dərəcəli turnirinə Çempionlar liqasından 50 milyon avro əlavə vəsaitlə yanaşı, təsnifat mərhələləri üçün 10 milyon avro da ayrılacaq.

Xatırladaq ki, cari mövsümdə Azərbaycanı avrokuboklarda dörd komanda təmsil edib. Onlardan “Kəpəz”lə “Neftçi” mübarizəni 2-ci təsnifat mərhələsində, “Qarabağ” və “Qəbələ” klubları qrup mərhələsində dayandırıblar.

Həmin kateqoriyadan