“Gəlin tələsməyək, qarşıda hələ cavab oyunu var”

“Gəlin tələsməyək, qarşıda hələ cavab oyunu var”

“Neftçi” konfrans liqasının 2-ci təsnifatının ilk oyununda evdə Minsk “Dinamo”suna 2:4 uduzdu. Allsport.az saytı xəbər verir, mətbuat konfransında meydan sahiblərinin baş məşqçi Yuri Vernidub məğlubiyyətə şərh verdi:

“Belə deyim, əgər bir klub ilk 15-20 dəqiqə tam üstünlük əldə edir, üstəlik, 2 qol vurur, sonra birdən təşəbbüsü rəqibə verir, kobud səhvlərə yol verib toplar buraxmağa başlayır, buna söz tapa bilmirəm. Bütün buraxdığımız qollar yanlışlıqlar nəticəsində olur.

Fasiləyə də hesabda üstün yollandıq. Yaxşı imkanlarımız oldu. Amma vurmayana vurarlar. Penalti, ardınca yenə qol. Günahkar mənəm, səhvlərə baxıb nəticə çıxarmağa çalışaq. Gəlin tələsməyək, qarşıda hələ cavab oyunu var”.

Həmin kateqoriyadan