Gənclər liqasında ölkəmizi bu klub təmsil edəcək

“Qəbələ”nin U-19 komandası gənclər liqasının qalibi olub. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” çempionluğu 25-ci turdan təxirə salınan matçda qazanıb.

“Qarabağ”la səfər oyununda 6:0 hesabı ilə qalib gələn əyalət təmsilçisi, 23 görüşdən sonra xal hesabını 59-a çatdırıb. Bununla da Zaur Hacıyevin komandası sonuncu turun nəticələrindən asılı olmayaraq qızıl medalları təmin edib.

Bu, “Qəbələ”nin gənclər liqasında 7-ci çempionluğudur. “Qırmızı-qaralar” 2012/13, 2015/16, 2017/18, 2018/19, 2019/20 və kubok formatında keçirilən 2020/21 mövsümlərinin qalibi olub.

“Qəbələ”nin U-19 komandası yeni mövsümdə də UEFA gənclər liqasında iştirak edəcək.

Həmin kateqoriyadan