- Baxış sayı: 22
- 06 Avqust 2026 14:58
- Baxış sayı: 178
- Avqust 05, 2026
- 0

Bu gün premyer liqanın 27-ci turunda “Turan Tovuz” evdə “Qarabağ”ı qonaq etdi. Allsport.az saytı xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Ağdam klubu 3:1 qalib gəldi.
Qarşılaşmaya var gücü ilə köklənən “göy qurdlar” ilk hissənin əvvəlində 11-metrlik cərimə zərbəsi qazandı. Komandanın hücumçusu Otto Con penaltini dəqiq yerinə yetirdi.
Fasilədən sonra qonaq komanda fəallaşdı. və bunun nəticəsi kimi, 3 top vurdu. Öncə Nəriman Axundzadə, sonra Patrik Andrade sevindi. 90+4-cü dəqiqədə Tural Bayramov penaltidən son nöqtəni qoydu.