Gündoğan ciddi zədədən qurtulub

Gündoğan ciddi zədədən qurtulub

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan ciddi zədədən xilas olub. Allsport.az saytı xəbər verir ki, 32 yaşlı Türkiyə əsilli almaniyalının Fransa ilə yoldaşlıq görüşündə (2:1) çanaq sümüyü əzilib.

Futbolçunun zədəsi ciddi deyil və o la liqada bu şənbə günü “Betis”lə oyuna hazır olmalıdır.
Bununla belə, “narıncılar”ın baş məşqçisi Xavi futbolçuya istirahət verib, ondan sentyabrın 19-da çərşənbə axşamı çempionlar liqasının qrup mərhələsinin 1-ci turunda “Antverpen”lə ev oyununda istifadə edə bilər.

“Barselonada” ilk mövsümündə Gündoğan 2 qol vurub.

Həmin kateqoriyadan