- Baxış sayı: 30
- 26 Avqust 2026 21:53
- Baxış sayı: 61
- Avqust 26, 2026
- 0


İspaniya millisinin baş məşqçisi Lüis de la Fuente DÇ-2026-da tarixi rekorda imza atıb.
Allsport.az xəbər verir ki, 65 yaş 28 günlük mütəxəssis dünya çempionatını qazanan ən yaşlı baş məşqçi olub.
O, bu göstəricidə 2010-cu ildə İspaniya ilə dünya çempionu olan həmyerlisi Visente del Boskenin rekordunu geridə qoyub. Del Boske həmin vaxt 59 yaş 220 günlük idi.
Lüis de la Fuente 2023-cü ilin yanvarından İspaniya millisinə rəhbərlik edir.