“Hədəfimiz Premyer Liqanın qalibi olmaqdır”

“Qəbələ”nin yarımmüdafiəçisi Dodo komandasının Avropa Liqasının qrup mərhələsindəki çıxışından danışıb, eləcə də Topaz Premyer Liqasının cari mövsümündəki hədəflərindən söz açıb. Allsport.az sizi braziliyalı futbolçunun fikirləri ilə tanış edir.

“Avropa Liqasında oynamaqla arzumuzu reallaşdırdıq. Bu turnirin qrup mərhələsinə vəsiqə qazanmaqla böyük sıçrayışa nail olduq. Bu, təəccüblü idi. Özümə gəlincə, mən də səviyyəmi yüksəkdə saxlamağa çalışdım ki, klubuma maksimum faydalı olum. Artıq diqqətimizi çempionata yönəltmişik. Bu mövsüm üçün hədəfimiz Premyer Liqanın qalibi olmaqdır. Bunu həm rəhbərlik, həm də kollektimiviz çox istəyir. Hazırda birinci yerdən uzaqda qərarlaşmışıq. Amma mövsümün qalan dövrü ərzində hər şey ola bilər. Çempion olmağı arzulayırıq. Azərbaycana qayıdana kimi isə ailəmlə daha çox vaxt keçirmək istəyirəm”.

Həmin kateqoriyadan