Qurbanov “Hakken” barədə nə dedi?

Sabah “Qarabağ” Avropa liqasının “H” qrupunun 2-ci turunda İsveçdə yerli “Hakken” klubu ilə üz-üzə gələcək. Allsport.az xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı bunu deyib:

“Hər 2 komanda üçün çox vacib oyundur, bunu anlayırıq. Sadəcə, ilk oyundakı 4:0 hesabı, bəlkə də, hamıda başqa bir fikir formalaşdırıb. Ancaq biz rəqibin oyunlarını çox yaxından analiz etdik.

Özünəməxsus oyun üslubu var. Topa yaxşı yiyələnirlər. Kollektiv futbol oynayırlar. Bu komandaya qarşı həddindən artıq diqqətli olmalıyıq. Futbolçularım bunu bacaracaqlar”.

Həmin kateqoriyadan