- Baxış sayı: 58
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Çempionlar liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.
Allsport.az xəbər verir ki, mükafat uğrunda Qorka Quruseta (“Atletik Bilbao”), Dennis Man (PSV), Feliks Nmeça (“Borussiya Dortmund”) və Fermin Lopes (“Barselona”) mübarizə aparacaq.
Quruseta “Qarabağ”la oyunda (3:1), Man “Napoli” ilə matçda (6:2), Nmeça “Kopenhagen”lə (4:2) oyunda dubla imza atıb. Lopes isə “Olimpiakos”la görüşdə (6:1) het-trik edib.