- Baxış sayı: 6
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 57
- Sentyabr 23, 2026
- 0

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Allsport.az saytı xəbər verir ki, o, Avropa liqasının qrup mərhələsində “Ştrum” (Qrats, Avstriya) – “Midtüllan” (Danimarka) qarşılaşmasında ədaləti qoruyacaq. Onu yan xətlərdə Zeynal Zeynalov və Akif Əmrəli müşayiət edəcəklər. 4-cü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Sentyabrın 8-də Avstriyada matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.