“Hər iki komanda qələbəyə yaxın idi”

Allsport.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike çempionlar liqasında “Milan”a məğlubiyyətdən (1:2) sonra oyun haqda öz fikirlərini bölüşüb:

“Bərabər matç idi, hər şey başqa cür də ola bilərdi. Əvvəlcə qol vurduq, lakin bundan sonra oyuna nəzarəti itirdik. Hər iki komanda qələbəyə yaxın idi.

Onların komandası həm fiziki, həm də texniki baxımdan əla komandadır. Hücumda boşluqdan istifadə etməyi bacardılar. Bir neçə dəfə matça nəzarəti itirdik, amma yenə də şanslarımız oldu… Hələ iki oyun qalıb, irəliləyə bilərik.

Bu ölüm qrupudur, ona görə belə adlandırıblar. Hər komandanın taleyi öz əlindədir. Növbəti turda bizi Parisdə “Nyukasl”a qarşı çox vacib oyun gözləyir”.

Həmin kateqoriyadan