“Hər zaman Tovuzda oynamaq çətindir”

“Zirə” premyer liqanın 24-cü turunda səfərdə “Turan Tovuz”a 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov bunu deyib:

“Oyun ağır keçdi. Bunu öncədən bilirdik. Hər zaman Tovuzda oynamaq çətindir. Rəqib son zamanlar yüksək səviyyə nümayiş etdirir. Nəticələrinə nəzər yetirsək – səfərdə “Qəbələ” ilə 1:1, “Sabah” üzərində 2:0-lıq qələbə və “Qarabağ”la 88-ci dəqiqədə buraxılan qol – işimizin asan olmayacağı bəlliydi.

İlk hissə yaxşı keçdi, həm oyun, həm də nəticə baxımından. Amma 2-ci yarıda bilirdik ki, rəqib tam qüvvə ilə irəli atılacaq. Bu üzdən, taktikanı əks-hücumda qurduq”.

Həmin kateqoriyadan