Hafiz Məmmədov vəd etdiyi paranı “Lans”ın hesabına köçürdü

Hafiz Məmmədov “Lans”ın borclarını ödəyib. Allsport.az saytı sportinfo.az-a istinadən xəbər verir ki, Fransa klubunun azərbaycanlı sahibi 2,5 milyon avronu artıq hesaba keçirib. Beləliklə, DNCG-nin “qırmızı-sarılar” qarşısında qoyduğu öhdəlik yerinə yetirilib.

Peşəkar Klublar Nəzarət üzrə komissiya hələ avqustda tələb etmişdi ki, 4 milyon avro büdcəyə köçürülsün. Tanınmış iş adamı 1,5 milyon avronu ayyarım öncə ödəsə də, biznesindəki qarışıqlıq ucbatından, qalan vəsaiti əldə etməkdə çətinlik çəkmişdi. Artıq problbem aradan qalxıb.

Hafiz Məmmədov “Lans”a təcili transferlər etmək üçün Jerve Martelə razılıq verib. Klub prezidenti hazırda 3 futbolçu ilə danışıqları bitirmək üzrədir. Liqa 1-də çətin günlər yaşayan “qırmızı-sarılar”, yenidən aşağı diviziona düşməmək üçün lazımı olan bütün tədbirləri görməlidir – həmyerlimiz Marteldən bunu istəyib.

Dövrələr arası fasilədə ən aşağısı 10-12 yeni futbolçu ilə müqavilə imzalanacaq. DNCG noyabrın 27-də transfer qadağasını “Lans”dan götürəcək. Hər halda 1,5 milyonun ödənilməsindən buna ümid çoxdur.

Həmin kateqoriyadan