“Hakimə onun fəlakət olduğunu söylədim”

“Barselona”nın baş məşqçisi Xavi çempionlar liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyunundan (1:4) sonra hakim İştvan Kovacı tənqid edib.

Allsport.az xəbər verir ki, o, ədalət təmsilçisinin oyunu korladığını bildirib:

“Çempionlar liqasının hakim səhvi ucbatından başa çatması təəssüf doğurur. Sadəcə hakimə onun fəlakət olduğunu söylədim. Bu reallıqdır.

Oyunu müzakirə etmək mənasızdır. Mən hakimlər haqqında danışmağı sevmirəm, amma bunu deməliyik. Biz səssiz qala bilmərik. Onun qərarı oyuna təsir etdi. Bu fəlakətdir”.

Həmin kateqoriyadan