- Baxış sayı: 66
- 17 Mart 2024 17:01
- Baxış sayı: 156
- Mart 28, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Turan-Tovuz” – “Səbail” matçında debütantın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Şəmkir” – “Bakılı” matçının 89-cu dəqiqəsində paytaxtlıların futbolçusu Vüsal Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şərurspor” – “Göyəzən” matçının 25-ci dəqiqəsində qonaqların futbolçusu Asim Babazadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 320 manat cərimə olunub.
“Şahdağ” – “Qaradağ Lökbatan” matçında ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.