“Hakken” – “Qarabağ” matçını nə qədər yerli tərəfdar izləyəcək?

Həftə sonu “Hakken” İsveç çempionatında Stokholm AİK-ini 2:0 məğlub edərək, bütün gücünü avrokuboka kökləyib. Allsport.az saytı xəbər verir ki, “arılar” oktyabrın 5-ində Avropa liqasının “H” qrupunun 2-cu turunda evdə “Qarabağ”ı qəbul edəcəklər. 

Bazar günü keçirilən oyunu “Ullevi” stadionunda 6079 tərəfdar izləyib. Yerli mətbuatda dolaşan xəbərlərə görə, bizimlə qarşılaşmanı tribunalardan izləməyə 8 mindən çox tərəfdar qatılacaq. Bu günədək ticketmaster saytında satışa çıxarılan biletlərin təxminən 90%-i satılıb. Daha çox azarkeş dəstəyinə ehtiyac duyan “Hakken” oyun qabağı “10 bilet 500 kron” (43 avro) maraqlı kampanya başladıb.

İndiyə kimi nə qədər bilet satıldığı haqqında dəqiq xəbər yoxdur. Ticketmaster saytının göstərdiyi 90 faiz və dolaşan xəbərlərdən belə nəticəyə gəlmək olar ki, hələlik 8000 bilet satış üçün sözü gedən portala verilib və artıq biletlərin 7 mindən çoxu satılıb.

Təhlükəsizlik tətbirləri səbəbi ilə “Ullevi”də ənənəvi olaraq qonaq tərəfdarlara ayrılan bölmə bu səfər boş saxlanılıb. Göteborq səfərində azərbaycanlılar komandamızı tribunalardan dəstəkləmək üçün 8-ci qapıdan bilet əldə edib, oradan arenaya daxil ola biləcəklər. “Qarabağ”dan gələn rəsmi açıqlamaya görə, Azərbaycan təmsilçisinə 1800 yer ayrılıb.

Həmin kateqoriyadan