“Hakken” – “Qarabağ” oyunun biletləri satışa çıxır. Qiymətlər İsveçə görə çox ucuzdur

Avropa ligası “H” qrupunda “Hakken” – “Qarabağ” qarşılaşmasının biletleri 15 sentyabr yerli vaxt ilə 13:00 etibarı ilə bütün tərəfdarlar üçün online satışa çıxarılacaq. Allsport.az saytı xəbər verir ki, biletləri rahatlıqla əldə etmək istəyənlər Ticketmaster ( İOS/Android) endirərək, hesab açmalıdır.

Ayrıca ticketmaster.se saytından da satın almaq mümkündür. “Ullevi arena”da keçiriləcək oyunda qiymətlər sektorlara görə fərqli olsa da, İsveç qiymətlərinə görə çox uyğundur.

Sektorlara görə:

Birinci qrup:        295-375 kron
İkinci qrup:          245-285 kron
Üçüncü qrup:      200-250 kron

Qeyd edək ki, üzvülük kartı olanlara 14 sentyabr etibarı ilə bilet satışları həyata keçirildiyindən bilet almağa gec qalanlara qarşılaşmanın biletlərin əldə etmək çətin ola bilər.

Mansur DADAŞOV, İsveç

Həmin kateqoriyadan