“Hakken”in “qızıl silah” ləqəbli yeni hücumçusu “Qarabağ”a qarşı oynayacaq

Avroliqanın “H” qrupunda “Qarabağ”ı qəbul etməyə hazırlaşan Xisingen təmsilçisi, Allsvenskanın 25-ci turunda Stokholm AİK-ini qəbul edib. Allsport.az saytı xəbər verir ki, qarşılaşma çox sönük xarakterdə keçib. Buna rəğmən, “arılar” 2 dəgə fərqləniblər. Göteborq komandasının yeni forvardı 24 yaşlı Edvard Çilufya 63-cü dəqiqədə əlinə düşən fürsəti dəyərləndirdikdən sonra, akrobatik atlayışla öz qolunu qeyd edib. “Mitülland”dan icarəyə götürülən qolçu 77-ci dəqiqədə qarşılaşmanın nəticəsin təyin edən 2-ci qolun da müəllifi olub. . 

Yerli qəzetlərdən biri (“Expressen”) oyun sonrası “sarı-qaralar”ın kapitanı 28 yaşlı Samüel Qustafsonla reportaj hazırlayıb. Forvard Edvardı nəzərdə tutaraq, “deyəsən klub qızıl silahın tapıb” deyib. Onun komandaya alışma mərhələsində olduğunu, özünü son matçda yaxşı tərəfdən göstərdiyini, yaxşı basqı etdiyini və mərkəzdə təhlükəli olduğunu qeyd edib. Sonda “Ullevi” stadionunda “Qarabağ”la görüşün vacibliyini xatırladılıb.

Əlavə edək ki, bu mövsüm İsveç çempionatının top klubları sabit çıxış etmir. Məğlub olmayan komanda yoxdur. “Hakken” 50 xalla 3-cü yerdədir.

Mansur DADAŞOV, İsveç

Həmin kateqoriyadan