“Hamı bilir ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik”

Allsport.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, sabah Avropa liqasının “H” qrupunun 2-ci turunda İsveçdə “Hakken”lə oyunundan əvvəl yerli jurnalistin sualını cavablayıb. Sitat:

– “Ermənilər hazırda Qarabağı tərk edir, bu sizə necə təsir edir”?

-“Hamı bilir ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Bu gün ordakı insanlar öz doğma ölkələrinə gedirlər. Azərbaycanlılar öz doğma torpaqlarına qayıdırlar. Digər ölkənin nümayəndələrini çox yaxşı yola salırlar. Rahat şəkildə onlara şərait yaradılır, kömək edilir. Biz özümüzü daha yaxşı hiss edirik, çünki torpaqlarımız qayıdıb. Qarabağ Azərbaycandır, Azərbaycanın olub”.

Həmin kateqoriyadan