“Hamımızın çempionlar liqası xəyalı bitdi”

“Latsio”nun yarımmüdafiəçisi Pedro çempionlar liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bavariya”ya 0:3 hesablı məğlubiyyətdən sonra emosiyalarını bölüşüb.

Allsport.az xəbər verir ki, ispaniyalı futbolçu oyunun çətin keçdiyini bildirib:

“Ayıbdır, amma hamımızın çempionlar liqası xəyalı bitdi. Bu, klub üçün xüsusi bir şey etmək üçün əla fürsət idi. Birinci hissəni yaxşı keçirdik, ikinci hissə daha çətin oldu. Üçüncü qoldan sonra təzyiqimizə baxmayaraq, oyuna qayıtmaq alınmadı.

Əgər müsbət bir şey tapmaq lazımdırsa, ilk oyunda göstərdiyimiz möhtəşəm performansı xatırlayacağıq”.

Həmin kateqoriyadan